Erməni ekspert qorxusunu gizlədə bilmədi: “Bunu birdəfəlik yox, yeni hərbi hissələr inşa etməklə həyata keçirirlər”

2019/05/10913-1556873501.jpg
Oxunub: 27328     12:50     03 May 2019    
“Təlimlər yolu ilə qoşunların daimi cəmləşməsi adətən həyata keçirilmir. Lakin təcrübə onu göstərir ki, qoşunların irəli çəkilməsi və mövqelərin möhkəmləndirilməsinə cəhdlər edilir”.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə erməni ekspert Taron Hovhanisyan “Post Skriptum” mətbuat klubunda jurnalistlərlə görüşü zamanı, Azərbaycanla Türkiyə arasında 1-3 may tarixlərində keçirilən birgə təlimlərə toxunarkən bildirib.

Azərbaycan-Türkiyə birgə təlimlərinin keçirilməsindən narahatlığını gizlədə bilməyən Hovhannisyan, yeni hərbi hissələrin inşa edilməsindən də danışıb.

“Təlimlər yolu ilə qoşunların daimi cəmlənməsi adətən həyata keçirilmir. Lakin təcrübə onu göstərir ki, qoşunların irəli çəkilməsi və mövqelərin möhkəmləndirilməsinə cəhdlər edilir. Bunu birdəfəlik yox, yeni hərbi hissələr inşa etməklə, ön xəttə yaxın qüvvələr yerləşdirməklə tədricən həyata keçirirlər. İndiki halda isə yeni hərbi hissələr inşa etdikləri barədə məlumatlar var”- deyə o qeyd edib.

Erməni ekspert, bu hərbi hissələrdən artıq bir neçəsinin istismara verildiyini və həmin hərbi hissələrdə yeni texnikalar yerləşdirildiyini xüsusi narahatlıqla vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İşğal   Qarabağ   Təlim  


Bizi "telegram"da izləyin