Media nümayəndələri Azərbaycan-Türkiyə birgə təlimlərini izləyiblər - FOTOLAR

2019/05/d3429-6227486696.jpg
Oxunub: 5356     12:22     03 May 2019    
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında Sazişə əsasən mayın 1-dən 3-dək keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlimlərini işıqlandırmaq məqsədilə mayın 3-də kütləvi informasiya vasitələrinin nümayəndələri üçün taktiki təlim mərkəzinə səfər təşkil edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, təlimlərə cəlb edilən şəxsi heyət və hərbi texnika ilə tanış olan jurnalistlər yerinə yetirilən tapşırıqların icrasını canlı olaraq müşahidə məntəqəsindən izləyiblər.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Təlimlər   Türkiyə-Azərbaycan  


Bizi "telegram"da izləyin