Azərbaycan-Türkiyə döyüş atışlı taktiki təlimlərinin əsas mərhələsi başa çatıb - FOTOREPORTAJ

2019/05/5445-3113741728.jpg
Oxunub: 8196     12:08     03 May 2019    
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən keçirilən “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim başa çatıb.

Ordu.az xəbər verir ki, təlimin mövzusu taktiki qrupların dərinliklərinə irəliləyərək, müdafiə olunan düşmənin üzərinə hücuma keçmək, onun darmadağın edilməsi, yüksəklik və ərazi qismini ələ keçirmək olub.


Qeyd edək ki, təlimlərin əsas məqsədi qərargahların müştərək planlarının hazırlanması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin artırılması və onların birgə əməliyyatları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaq, həmçinin təcrübə mübadiləsi həyata keçirməklə iki ölkənin hərbi qulluqçularının qarşılıqlı münasibətlərinin və qarşılıqlı anlaşmasının yüksək səviyyədə saxlanılmasıdır.


Birgə təlimlərə mindən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğuları, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş texnikaları cəlb olunub.









Nərgiz Tahirova
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə-Azərbaycan   Təlim  


Bizi "telegram"da izləyin