Ermənistan ordusunda komanda qərargah təlimləri keçirilir

2019/05/image-1556869137.jpg
Oxunub: 29572     11:38     03 May 2019    
Apreli 30-dan başlayaraq Ermənistan Silahlı Qüvvələrinin 2-ci ordu korpusuna tabe olan hərbi hissə və bölmələr komanda qərargah təlimlərinə cəlb edilib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, korpus komandirinin rəhbərliyi ilə keçirilən təlim çərçivəsində bölmələr döyüş hazırlığı vəziyyətinə gətirilərək, komanda məntəqələrində mövqe tutublar.

Mayın 1-də müdafiə və hücum əməliyyatlarına hazırlıq olmaqla təlimin ikinci mərhələsi keçirilib. Bu mərhələdə ərazinin incələnməsi, döyüşün təşkili üzrə komandirin qərarının tərtib edilməsi və digər fəaliyyətlərin həyata keçirildiyi bildirilir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Təlim  


Bizi "telegram"da izləyin