Türkiyə Ordusunun polkovniki: "Bunu, fövqəladə bir təlim kimi qiymətləndirirəm"

2019/05/59759-1556867699.jpg
Oxunub: 22768     11:14     03 May 2019    
"Bura motorlu piyada bölüyünün 85 nəfərlik heyətilə gəldik. Gəldiyimiz gündən indiyə qədər Azərbaycan xalqının, Azərbaycan Silahlı Qüvvələrinin bizə göstərdikləri diqqətdən son dərəcə məmnunuq. Bu bizim dostluq və qardaşlığımızın dərin köklərə bağlı olmasının göstəricisidir".

Ordu.az xəbər verir ki, bunu Türkiyə tərəfindən qrupunun rəhbəri polkovnik Murat Dirik söyləyib.

Onun sözlərinə görə, təlimlər iki ölkə hərbçilərinin birgə çalışması, qarşılıqlı anlaşmanın təmin olunması və hərbi texnikanın mənimsənilməsi baxımından çox faydalıdır.

"Təlimləri hər iki ölkənin hərbçiləri arasında uzun illərdir davam edən əməkdaşlığın məntiqi nəticəsi və fövqəladə bir təlim kimi qiymətləndirirəm", - deyə o qeyd edib.

Nərgiz Tahirova
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin