Azərbaycan-Türkiyə təlimlərinə 1000-dən çox şəxsi heyət, 20-yə yaxın döyüş helikopterləri cəlb olunub

2019/05/azerb-1556866637.jpg
Oxunub: 4624     10:52     03 May 2019    
"Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə birgə döyüş atışlı taktiki təlim keçirilir".

Ordu.az xəbər verir ki, bunu Azərbaycan tərəfindən təlimin rəhbəri olan polkovnik İlqar Lətifov deyib.

O bildirib ki, taktiki təlimlərə mindən çox şəxsi heyət, 60-a yaxın döyüş texnikası, 30 artilleriya qurğuları, 20-yə yaxın döyüş helikopterləri və digər döyüş texnikaları cəlb olunub.

"Təlimin mövzusu hər iki dövlətin ordusunun taktiki qrupların dərinliklərinə irəliləyərək, müdafiə olunan düşmənin üzərinə hücuma keçərək, onun darmadağın edilməsi, yüksəklik və ərazi qismini ələ keçirərək möhkəmlənməkdir.

Rəhbərlik tərəfindən qoyulan əsas tapşırıqlardan biri hər iki dövlətin ordusunun qarşılıqlı fəaliyyətinin və idarəetmənin təşkil olunmasıdır. Təlimin gedişatında təlimdə iştirak edən heyət bilmədən taktiki şərait bir neçə dəfə dəyişdirilib və şəxsi heyət bundan nəticə çıxararaq, qarşılıqlı fəaliyyəti və idarəetmə suallarını yüksək səviyyədə yerinə yetirib", - deyə qeyd edib.

Nərgiz Tahirova
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Türkiyə   Təlimlər  


Bizi "telegram"da izləyin