Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə, dünən saat 23:40 radələrində Sünik vilayətinin İrəvan-Yerasx-Meğri İran İslam Respublikası dövlətlərarası magistral yolunda, Meğri şəhər sakini, 25 yaşlı Armen Aharonyanın idarə etdiyi "Toyota Vitz" markalı avtomobil və Sisyan şəhər sakini 33 yaşlı Narek Tatosyanın idarə etdiyi "Kamaz" markalı avtomobillərin toqquşması nəticəsində baş verib.
Hadisə yerindən erməni KİV-lərinin verdiyi məlumata əsasən, toqquşma nəticəsində hər iki avtomobil yolun hərəkət hissəsindən çıxaraq, dərəyə yuvarlanıb. Qəza nəticəsində Armen Aharonyan hadisə yerində, L. Aharonyan isə təxliyyə edildiyi Meğri şəhər xəstəxanasında ölüb.
Hadisə yerinə xilasedicilər cəlb edilib.
Məlumata görə, ölənlər doğma qardaş olublar. Onların hər ikisi Ermənistan Müdafiə Nazirliyinin "N" nömrəli hərbi hissəsinin müqaviləli hərbi xidmət hərbi qulluqçuları olub.
Alpər Mövludoğlu
Ordu.az