Hərbçilərimizin Əfqanıstandakı sayı 30 faiz artırılıb

2019/05/a2cfa-1556865126.jpg
Oxunub: 4129     10:27     03 May 2019    
"Əfqanıstan İslam Respublikasında həyata keçirilən Qətiyyətli Dəstək missiyasının bu ölkənin təhlükəsizliyi və davamlı inkişafı, o cümlədən regional və qlobal təhlükəsizlik üçün əhəmiyyətini bilərək biz 2018-ci ildən etibarən Əfqanıstandakı hərbi kontingentimizin sayını 30 faiz artırmışıq".

Ordu.az bunu Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov deyib.

"Göstərilən hərbi dəstəyə əlavə olaraq Azərbaycanın Əfqanıstana töhfəsi siyasi, maddi-texniki dəstək, quru-hava tranziti, həmçinin müxtəlif treninqlər, minadan təmizləmə və maliyyə dəstəyi kimi digər qeyri-hərbi yardımları da ehtiva edir", -deyə Müdafiə naziri əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zakir-Həsənov   Əfqanıstan   MN  


Bizi "telegram"da izləyin