1. TÜYAP-da təşkil edilən IDEF- 2019 sərgisinin üçüncü günü, müdafiə sənayesini gücləndirəcək iş birliyi razılaşmaları ilə davam edir. Sərgidə, Türkiyə ilə Qvineya arasında Müdafiə Sənayesi Əməkdaşlıq Sazişi imzalanıb. Müqaviləni Qvineya Müdafiə naziri Məhəmməd Diane və Türkiyə Müdafiə Sənayesi Başqanı (SSB) Dr. İsmayıl Demir imzalayıb.
2. Şəhər Təhlükəsizliyinin İdarəetmə Sistemləri (KGYS) və Nömrə Tanıma Sistemi Layihəsi üzrə KKTC Paketi Müqaviləsi SSB, ASELSAN, Təhlükəsizlik Baş İdarəsi və KKTC Polis Baş İdarəsi arasında imzalanıb. İmza mərasiminə SSB Başçısı Demir ilə SSB Başqan köməkçisi Mustafa Şəkər, SSB MEBS şöbə müdiri Əhməd Akyol, ASELSAN-ın baş direktoru Haluk Görgün, ASELSAN rəhbərinin köməkçisi İsmail Subay, Təhlükəsizlik Baş idarəsi rəhbərinin köməkçisi Adem Çakıcı, Təhlükəsizlik Baş idarəsinin İnformasiya şöbəsinin müdiri Kamal Şahin və KKTC Polis idarəsinin müdiri Süleyman Manavoğlu qatılıb.
3. SSB ilə "Müdafiə Texnologiyaları Mühəndislik və Ticarət AŞ" (STM) arasında hücum katerlərinin inkişaf etdirilməsinə aid Əməkdaşlıq Protokolu imzalanıb. Protokol SSB Başqanı İsmail Demir və STM rəhbəri Murat İkinci tərəfindən imzalanıb.
4. SSB və "Meteksan Savunma Inc". arasında Portativ Elektron Mübarizə Sistemi Layihəsi imzalanıb. İmza mərasiminə, SSB Başqanı İsmail Demir, "Meteksan" İdarə heyətinin rəhbəri Tunc Batum, "Meteksan" Baş müdiri Selçuk Kerem Alparslan, SSB Elektron mübarizə və radar sistemləri şöbəsinin müdiri Məhəmməd Semih Ulukavak və SSB ED/ET Sistem Layihələri Qrupunun müdiri Yücel Ayan qatılıb.
5. Böyük Rüzgar Tuneli Layihəsi çərçivəsində isə TUSAŞ ilə AIOLOS firmaları arasında mühəndislik paketi müqaviləsi imzalanıb. İmza mərasiminə, SSB Başçısı İsmail Demir, Türk Havaçılıq və Kosmos Sənayesi (TUSAŞ) baş direktoru Temel Kotil, TAİ-nin Kosmos Sistemləri şöbəsinin müdir müavini Salman Nas və AIOLOS Baş İdarəsinin (CEO) rəisi Steve Hills qatılıb.
Ordu.az