Ermənistanda hərbi məktəbin əməkdaşı yol qəzasında öldü

2019/05/91824-1556802144.jpg
Oxunub: 3286     16:58     02 May 2019    
Bu gün, saat 14:30 radələrində İrəvan şəhərində "Mazda" markalı avtomobilin Vazgen Sarkisyan adına hərbi institutun qarşısında törətdiyi qəza nəticəsində universitet əməkdaşını vuraraq öldürdüyü bildirilir.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 24 yaşlı sürücü Samvel Kirakosyan idarə etdiyi avtomobillə törətdiyi qəzada 54 yaşlı Laura Abrahamyanı vuraraq öldürüb.

Fakt üzrə cinayət işi açılıb və araşdırma aparılır.

Hadisə şahidləri, ölən qadının Vazgen Sarkisyan adına hərbi institutda işlədiyini qeyd ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Ölüm  


Bizi "telegram"da izləyin