"Anadolu Isuzu"nun Ar-Ge Mərkəzində, türkiyəli mühəndislər tərəfindən inkişaf etdirilən hərbi istifadəyə istiqamətli ilk ağır yük maşınları 8x8 təkər formulalı tank daşıyıcı vasitədir. Bundan əlavə sərgidə 8x8 formulalı təxliyyə vasitəsi də təqdim edilib.
Zirehli pikap və orta ölçülü avtobuslarının istehsalı ilə illərdir ki, məşğul olan şirkət "Seyit" maşınları ilə müdafiə sektoruna verdiyi töhfəni daha üst səviyyəyə daşımağı planlaşdırır.
Əsasən yerli və milli hesab edilən "Seyit" maşınlarının, başda çox yüksək istifadəçi standartları tələb edən TSQ olmaqla bir çox ölkənin silahlı qüvvələrində yer alacağı gözlənilir. Şirkət gələcəkdə maşınların yerlilik faizini 70-dən yuxarı artırmağı planlaşdırır.
"Seyit" hərbi yük maşınları ailəsi, "Anadolu Savunma" ilə Çexiyanın "Tatra" şirkəti arasındakı tərəfdaşlıq nəticəsində istehsal edilib.
"Tatra" infrastrukturunun dəstəyi ilə zirehli kabinləri də daxil olmaqla, "Seyit"in əsas elementlərinin hazırlanması "Anadolu Isuzu" Ar-Ge Mərkəzində türkiyəli mühəndisləri tərəfindən həyata keçirilib. Ekstremal və çətin coğrafi şəraitdə hərəkət etmək üçün hazırlanan "Seyit" seriyalı avtomobil 8x8-dən 20x20-ə qədər müxtəlif təkər konfiqurasiyalarında və müxtəlif mühərrik variantlarında istehsal edilə bilər.
Zirehli pikap və orta ölçülü avtobuslarının istehsalına davam edən "Anadolu Isuzu" yeni alt markası "Anadolu Savunma" ilə çətin ərazi şərtlərində hərəkət edə bilən və yerli mühəndislər tərəfindən inkişaf etdirilən yük maşınları ilə, başda Türkiyə müdafiə sənayesi olmaqla, distribütorları olduğu bütün xarici bazarlardakı mövcudluğunu artırmağı hədəfləyir.
"Anadolu Savunma" isə müdafiə sənayesində daşınma məqsədli taktiki təkərli vasitələrin bütün versiyalarının istehsalında yer almağı planlaşdırır.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az