ROKETSAN "Cida" idarəolunan raketini təqdim edib

2019/05/5ccaa-1556800181.jpg
Oxunub: 15135     17:41     02 May 2019    
Türkiyənin raket və mərmi sahəsindəki lideri ROKETSAN şirkətinin IDEF-2019 sərgisində təqdim etdiyi digər bir silah konsepti, həssas tuşlama ilə yaxın və çox yaxın mənzildə təsirli, asan istifadə edilə bilən, uyğun qiymətə malik "Cida" idarəolunan raketi oldu.

ROKETSAN bu məhsulu vasitəsilə yaşayış məntəqələrində aparılan əməliyyatlarda tətbiq edilə bilən yüngül, asan və sürətli tətbiq edilən, həssas hədəfə tuşlanan, xarici ziyan təsirinin az olduğu səmərəli bir mərmi əskikliyini "Cida" ilə aradan qaldırmağı planlaşdırır.

Yaşayış məntəqələrində aparılan əməliyyatlar zamanı qarşıdurma sahəsinin topoqrafik naməlumluğu və təhdidin sürətli mövqe dəyişdirməsi fonunda inkişaf etdirilən "Cida" sursatları bu xüsusiyyətləri sayəsində mülki vətəndaşların və onlara məxsus əmlakın təhlükəsizliyini də təmin edir.

Konseptual inkişaf mərhələsi tamamlanan "Cida" silah sistemi, piyadalar tərəfindən istifadə edilən idarəolunmayan raketlər ilə inkişaf etmiş idarəolunan raketlər arasında yer alır. "Cida"nın xüsusilə dar küçələrdə qarşılaşılan pusqu və əl istehsalı partlayıcı təhdidinə qarşı irəliləməkdə çətinlik çəkən bölmələr üçün çox qısa mənzildə nöqtə atışı həyata keçirmək məqsədilə istifadə ediləcək ağıllı bir sursat olması hədəflənib. Sistemin inkişafı intensiv olaraq həyata keçirilir.

"Cida"nın Türkiyə Silahlı Qüvvələri və müttəfik ölkələr üçün lazımlı, müasir bir döyüş silahı olması gözlənilir.

Raketin çapı 70 millimetr, uzunluğu 1 metr, atəş məsafəsi 50-750 metr, kütləsi isə 7,5 kilometrdir.

"Cida" sursatının termobarik və çoxməqsədli növləri yüksək partlayıcı qəlpə effektinə malikdir. "Cida" üzərində çalışmalar təxminən 18 aydır ki, davam edir. "Cida" raketi 1 kilometrə qədər olan məsafədə ətalətli idarəolunma ilə çox həssas şəkildə hədəfləri məhv etmək, yaşayış məntəqələrində baş verən döyüşlərdə istənməyən itkilərin qarşısını almaq məqsədilə istifadə edilməsi üçün inkişaf etdirilib.

Hazırda atəş sınaqları keçirilir. Atəş sınaqlarına paralel olaraq sursatın inkişaf prosesi də davam etdirilir. Bu ilin sonuna qədər "Cida" raketinin istifadəyə tam hazır olacağı gözlənilir.

"Cida"nın müştəri sifarişi əsasında, konkret xüsusiyyətlərə malik bir silah kimi dizayn edildiyi ehtimal edilir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Cida  


Bizi "telegram"da izləyin