Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu gün Ermənistan hökumətinin keçirdiyi iclasda dövlət satınalmalar sistemində dəyişikliklər müzakirə edilib.
Bu dəyişikliyin məzmununu izah edən Ermənistan Maliyyə naziri Atom Cancuğazyan qeyd edib ki, satınalmalar sistemini daha çevik şəkildə saxlamaq nəzərdə tutulur.
Müdafiə sahəsində satınalmalar üçün özəl xüsusiyyətlərin də nəzərdə tutulduğu iddia edilir.
Alpər Mövludoğlu
Ordu.az