LEONARDO: “Azərbaycanla danışıqlar davam edir”

2019/05/59445-4670348931.jpg
Oxunub: 5891     15:09     02 May 2019    
“Azərbaycanda məhsullarımızı tanıtmağa və danışıqlar aparmağa davam edirik. Azərbaycan bizim maraqlı olduğumuz bazarlardan biridir”.

Bu barədə Ordu.az-a açıqlamasında IDEF 2019 Müdafiə Sənayesi sərgisində iştirak edən Leonardo şirkətinin müdafiə sistemləri departamentinin rəsmisi məlumat verib.

“Digər departamentlərdə də Azərbaycanla əlaqələrin və danışıqların davam etdiyindən xəbərdaram”, - deyə o əlavə edib.


Onun sözlərinə görə, şirkət sərgidə hava və dəniz təhlükəsizliyi üçün yeni texnologiyalar, T129 helikopteri kimi mülki və hərbi layihələr, havadan müdafiə radarları, müdafiə sistemləri və “Göktürk” peyk proqramını nümayiş etdirir. İlk dəfə İDEF-də sərgilənən “Grifo-E” elektron radarı şirkətlər tərəfindən böyük maraqla qarşılanıb. Leonardo-nun sərgidə ən çox maraq göstərilən məhsulu isə orta/ağır çəkili AW139 çoxfunksiyalı helikopteri olub.

Qeyd edək ki, şirkətin illik gəliri 11,5 milyon avrodan çoxdur və bütün dünyada ümumilikdə 46 mindən çox işçisi var. Şirkətin əsas ofisləri isə İtaliya, Böyük Britaniya, ABŞ və Polşada yerləşir.


Sevinc Əliyeva, İstanbul
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Leonardo   IDEF-2019   Sərgi  


Bizi "telegram"da izləyin