Bu barədə
Ordu.az-a açıqlamasında IDEF-2019 Müdafiə Sənayesi sərgisində iştirak edən “Northop Grumman” şirkətinin Silahlanma Sistemləri bölməsindən Cefri Tripton bildirib.
“Fərqi yoxdur ki, siz döyüşdəsiniz, sülh əməliyyatları aparırsınız, yaxud təlimlər təşkil edirsiniz. Bu silahlar xüsusi aksessuarları və “Northrop” qarantiyası ilə sizə ən yaxşı şəkildə xidmət edir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, hər iki silah 30 mm x 173 mm və 30 mm x 170 mm ölçülərindəki “Rarden” və KCB sursatları ilə inteqrasiya edilir.
İndiyədək Cənubi Qafqaz ölkələrinin heç birində, eləcə də Azərbaycanda olmadığını bildirən Tripton, bu bölgəyə ən yaxın olduğu zamanın Qazaxıstanda olduğu vaxtlar olduğunu bildirib. “Lakin, yaxın gələcəkdə regionu həm turistik baxımdan, həm də işlə bağlı araşdırmalarım üçün ziyarət etməyi düşünürəm”, - deyə o əlavə edib.

Sevinc Əliyeva, İstanbul
Ordu.az