Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yaranalan müqaviləli erməni hərbi qulluqçu, Argişti Sepxanyan ailənin böyük oğlu olmaqla yanaşı, subaydır. O, Lori vilayətinin Axtala kənd sakinidir.
Bunu verdiyi müsahibəsində kənd icra nümayəndəsi Arkadi Tamazyan da təsdiq edib. Onun verdiyi məlumata görə, yaralı hərbi qulluqçu qardaşı və anası ilə birgə yaşayır, bacısı ailəlidir, atası isə ölüb. Yaralanan hərbi qulluqçunun qardaşının da Ermənistan ordusunda müqaviləli hərbi qulluqçu kimi xidmət etdiyi bildirilir.
Bildirilir ki, yaralı erməni hərbi qulluqçu İrəvan hospitalına təxliyyə edilib, vəziyyəti ağır sabit olaraq qalmaqda davam edir.
Fakt üzrə cinayət işi açıldığı və hadisənin baş vermə səbəblərinin aydınlaşdırılması üçün araşdırma aparıldığı qeyd olunur.
Qeyd edək ki, aprelin 30-da, saat 14:20 radələrində Ermənistanın Tavuş vilayəti istiqamətindəki ön xətt mövqelərində atəşkəs rejimini pozmağa cəhd edən Ermənistan ordusunun müqaviləli hərbi qulluqçusu, 32 yaşlı Arqişti Samveli Sepxanyan baş nahiyyəsindən yaralanıb.
Alpər Mövludoğlu
Ordu.az