“Paşinyanın ölkənin idarə edilməsində heç bir rolu yoxdur” – Şarmazanov

2019/05/15509-1556710041.jpg
Oxunub: 13248     16:51     01 May 2019    
“Ölkəni idarəetmə ilə mitinqlərdə çıxış etməyin heç bir əlaqəsinin olmadığını aşkar etmək üçün bir il yetərlidir”.

Ordu.az xəbər verir ki, Ermənistan parlamentinin vitse-spikeri, müxalifətdəki Respublika partiyasının mətbuat katibi Eduard Şarmazanov “Facebook” səhifəsinə yazıb.

O qeyd edib ki, düz bir il bundan öncə Ermənistan parlamenti 45 səs lehinə, 55 səs əleyhinə olmaqla Nikol Paşinyanı Baş nazir vəzifəsinə seçməmişdi.

Bundan əlavə, Şarmazanov bugünkü müxaliflərə xatırladıb ki, 1 may tarixində Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyinə səs verməyən və dəstəkləməyən yeganə siyasi qüvvə Respublikaçılar olub.

“Lakin bunu deyəni dinləyən lazım idi. Siyasi mübarizəni nifrətə çevirənlər və yaxud konfromist, qastrolyorlara qarşı tarix qəddar və amansızdır”, - deyə o sözlərini yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin