Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri sabiq Ermənistan Milli Təhlükəsizlik nazirinin müavini, müxalif “Erməni Milli Konqresi”nin nümayəndəsi Qurqen Yeğiazaryan deyib.
Yeğiazaryana müraciət edən müxbir, Nikol Paşinyanın İrəvan küçələrindən birində kabab bişirən vətəndaşa yaxınlaşması, kabab əhvalatı və yeməsinə dair sual verərək, bunun da bir mədəniyyət kimi dəyərləndirilməsinə dair səsləndirilən fikirlərə necə münasibət bəslədiyini öyrənməyə çalışıb.
Sabiq müavin bildirib ki, Paşinyan heç bir iş görmür, yalnız məsləhətlər verməyə çalışır: “O, Qarabağ münaqişəsinin həllində gözləyir ki, xalq bir təklif hazırlayıb imza atsın və aparıb təqdim etsin. Belə olan halda sual yaranır: bəs Paşinyan nə üçündür, niyə bu vəzifəyə gəlib?
Heç bir fəaliyyət görməyərək, yalnız insanların şüurunun dəyişilməsi zərurətindən, kabab mədəniyyətindən danışır və nazirliyi ləğv edir” - deyə Yeğiazaryan vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az