IDEF-2019: Nazir müşaviri milli məhsullarla bağlı məlumat verdi – EKSKLÜZİV

2019/05/59616-1556708054.jpg
Oxunub: 26318     14:43     01 May 2019    
Türkiyənin İstanbul şəhərində təşkil olunan və artıq ikinci günü keçirilən IDEF-2019 beynəlxalq müdafiə sərgisində ölkəmizin Müdafiə Sənayesi Nazirliyinin stendinə müxtəlif ölkələrdən maraq göstərilib.

Bu barədə Ordu.az.az-ın sərgidə iştirak edən müxbirinə Müdafiə Senayesi nazirinin müşaviri Azad Məmmədov bildirib.

Əvvəlcə sərgi barədə danışan rəsmi, burada xoş təəssüratlara sahib olduğunu söyləyib və təqdim edilən məhsullarla bağlı məlumat veib.

“Sərgi ilə bağlı təəssüratlarım çox yaxşıdır. Biz, yəni Müdafiə Sənayesi Nazirliyi hər dəfə olduğu kimi, bu dəfə də sərgidə iştirak edir. Bu gün bura xeyli məhsulla gəlmişik ki, bunların da bir çoxu demək olar ilk dəfə nümayiş etdirilir. Niyə “demək olar”, çünki onlar artıq ötən il bizim milli sərgimiz olan ADEX-də təqdim olunub. Bunlardan biri 7,62 mm kalibrli “Yırtıcı” tipli snayper tüfəngidir. Bundan başqa, stenddə gördüyünüz AZ-7,62 avtomatı və HP- 7,62 hücum pulemyotu da həmin silahlardandır. Məhz bu məhsullar yenidir və ilk dəfədir ki, xarici bir sərgidə nümayiş etdirilir”, - deyə o vurğulayıb.

A.Məmmədov, özəl şirkətlərin və dövlət rəsmilərinin MSN-in stendinə xüsusi maraq göstərdiyini vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MSN   İDEF-2019  


Bizi "telegram"da izləyin