Azərbaycan istehsalı olan aviasiya bombası ilk dəfə “IDEF-2019” sərgisində nümayiş etdirilib

2019/05/59471-1556705235.jpg
Oxunub: 17971     13:56     01 May 2019    
Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan “QFAB-250 LG” aviasiya bombasının inert nümunəsi İstanbulda keçirilən “IDEF-2019” sərgisində ilk dəfə nümayiş etdirilib.

Bu barədə Ordu.az-a nazirlikdən məlumat verilib.

Lazer güdümlü, 250 kiloqram çaplı qəlpəli-fuqaslı aviasiya bombası Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu ilə Türkiyənin “ASELSAN” şirkətinin birgə hazırladığı layihə əsasında yaradılıb. Nazirlikdən bildirilib ki, aviasiya bombasının 3 ədəd inert nümunəsi artıq hazırdır, bu nümunələrin sınaqlarının keçirilməsi planlaşdırılır. İnert nümunlərin sınaqları yekunlaşdıqdan sonra döyüş nümunələrinin sınaqlarının həyata keçirilməsi nəzərdə tutulur.

Uzunluğu 3300 mm, diametri 240 mm, kütləsi 270 kiloqram olan “QFAB-250 LG” aviasiya bombaları 12000 metrədək məsafədən hədəfi maksimum 10 metr sapma ilə vurmaq imkanı verəcək.

“QFAB-250 LG” aviasiya bombası NATO standartlarına uyğun yaradılıb. Bu məmulat daxili təlabat və ixrac üçün nəzərdə tutulur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: QFAB-250   İDEF-2019  


Bizi "telegram"da izləyin