AAHM-nin Hərbi Dəniz Qüvvələri fakültəsinin kursantları beynəlxalq yarışda iştirak edir - FOTOLAR

2019/05/ccf4c-1556701675.jpg
Oxunub: 16702     12:56     01 May 2019    
Türkiyə Respublikası Milli Müdafiə Universitetinin Hərbi Dənizçilik Məktəbində növbəti Beynəlxalq Dənizçilik Yarışları keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, müxtəlif ölkələrin ali hərbi dənizçilik məktəbləri nümayəndələrinin iştirak etdiyi yarışda ölkəmizi Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Dəniz Qüvvələri fakültəsinin komandası təmsil edir.


Üzgüçülük və gəmiçilik hərbi dəniz idman növləri üzrə keçirilən yarışlarda Azərbaycan, Banqladeş, Bolqarıstan, Cənubi Koreya, Çin, Böyük Britaniya, İtaliya, Oman, Pakistan və Türkiyə ali hərbi dənizçilik məktəblərinin nümayəndələri iştirak edirlər.









Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: AAHM   HDQ  


Bizi "telegram"da izləyin