Zurabişvili Gürcüstanda ABŞ hərbi bazasının tikintisindən imtina etdi

2019/05/2018--1556700979.jpg
Oxunub: 26599     13:43     01 May 2019    
“Gürcüstanda ABŞ hərbi bazasının tikintisi məqsədəuyğun deyil və təxribat kimi qəbul edilə bilər”.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili "Amerikanın Səsi" radiosuna açıqlamasında bildirib.

Onun sözlərinə görə, Gürcüstan elə bölgədə yerləşir ki, orada təhlükəsizlik məsələləri gücləndirilməlidir.

“Ona görə, digər ölkələr tərəfindən təxribat kimi dəyərləndiriləcək addımlardan uzaq olmalıyıq", - deyə Zurabişvili vurğulayıb.

Həmçinin o, ABŞ-la əlaqələri güncləndirməyin də vacib olduğunu əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zurabişvili   ABŞ   Hərbi-baza  


Bizi "telegram"da izləyin