Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsi 2019-cu ilin birinci rübü üzrə yekunları təqdim edib.
2019-cu ilin birinci rübündə Ermənistan İstintaq Komitəsinin şöbə və bölmələrində icraatda olan korrupsiya xarakterli cinayət işlərinin statistik məlumatlarını açıqlayıb. İstintaq Komitəsinin şöbə və bölmələrində icraatda olan 2019-cu ilin birinci rübündə korrupsiya xarakterli cinayət materiallarının sayı 54 təşkil edib.
Hesabat dövründə, İstintaq Komitəsinin səlahiyyətli şöbə və bölmələrində 720 cinayət işi olub. Bunlardan 207 material 2019-cu ildə icraata qəbul edilib. 513 cinayət materialı isə ilin əvvəlində yekunlaşmayan cinayət materiallarıdır. 107 korrupsiya xarakterli cinayət materialının araşdırması yekunlaşdırılıb. 82 cinayət işinə xitam verilib, 25 cinayət materialı isə məhkəməyə göndərilib. Cinayət işləri üzrə 445 nəfər cinayət təqibinə cəlb edilib.
Qeyd edilənlərdən 42 nəfər həbs edilib. Cinayət materialları çərçivəsində 364 şəxs təqsirli qismində cəlb edilib, 347 nəfərə isə ittiham irəli sürülüb. Bunlardan 18 nəfər həbs edilib, 9 nəfərə qarşı girov müqabilində azad etmə, 8 nəfər barədə isə ittiham məhkəmə tərəfindən rədd edilib. 36 nəfərin vəzifəsinin icrası dayandırılıb.
Cinayət məsuliyyətinə cəlb edilən vəzifəli şəxslər əsasən bu sahələrdə korrupsiyaya yol veriblər:
- Hərbi sahədə 31 cinayət materialı hazırlanıb. Bunlar çərçivəsində 75 nəfər (səfərəbərlik bölməsinin zabiti, hərbi hissə komandiri, taqım komandiri, manqa komandiri, bölük komandiri, xidmət rəisi, taborun qərargah rəisi, tabor komandiri, silahlandırma üzrə müavin, əşya xidməti rəisi, hərbi hissə komandirinin müavini, hərbi hissənin qərargah rəisi, avtomobil xidməti rəisi, hərbi hissənin nizami hissə bölməsinin rəisi, çağırış bölməsinin rəisi, hərbi hissənin 1-ci mərkəzinin rəisi, YSM xidməti rəisi, divizion komandiri, tabor komandirinin müavini, anbar rəisi, istehsal sahəsi rəisi, xidmət rəisi, bölmə növbətçisi, cari təminat anbarının rəisi, hərbi komissar, həkim, tibb müəssisəsinin şöbə müdiri, çağırış səfərbərlik bölməsinin rəisi, hərbi komissarın müavini, səfərbərlik bölməsinin qrup rəisi, texniki xidmət rəisi, yeməkxana rəisi, kommunal təsərrüfat xidmətinin rəisi, YSM anbar rəisi, əşya anbarı rəisi, rabitə şəbəkəsinin rəisi, məxfi hissə kargüzarı, hərbi hissə zabiti, ərzaq xidməti rəisi, maliyyə şöbəsinin rəisi, tibb məntəqəsinin rəisi, məxfi hissə rəisi) məsuliyyətə cəlb edilib;
- Səhiyyə sahəsində 12 cinayət materialı hazırlanıb. Bunlar çərçivəsində 15 şəxs (poliklinika rəisi, tibb mərkəzi rəisi, həkim) məsuliyyətə cəlb edilib;
- Təhsil sahəsində 27 cinayət materialı hazırlanıb. Bunlar çərçivəsində 30 nəfər (institut direktoru, məktəb direktoru, məktəbin mühasibi, universitet rektoru, prorektor, kollec direktoru, baxça direktoru, direktor müavini) məsuliyyətə cəlb edilib;
- Sosial müdafiə sahəsində 14 cinayət materialı hazırlanıb. Bunlar çərçivəsində 30 nəfər (poçt əməkdaşı, sosial müdafiə bölməsinin rəisi, sosial müdafiə sahəsində mütəxəssis, Ermənistan Müdafiə Nazirliyinin hərbi qulluqçuların sosial müdafiə idarəsinin sosial yardımların təşkili və ictimai təşkilatlara əməkdaşlıq bölməsinin rəisi) məsuliyyətə cəlb edilib;
- Enerji və təbii ehtiyatlar üzrə 1 cinayət materialı hazırlanıb. Bu çərçivədə 1 nəfər (dövlət əmlakının idarəetmə idarəsinin rəis) məsuliyyətə cəlb edilib;
- Yerli idarəetmə orqanları sahəsində 45 cinayət materialı hazırlanıb. Bunlar çərçivəsində 59 nəfər (şəhər icra rəhbəri, kənd icra mütəxəssisi, təsərrüfatçı, kənd icra rəhbəri, onun müavini, kənd icra nümayəndəliyinin xəzinədarı və s.) məsuliyyətə cəlb edilib;
- Digər sahələrdə - 67 cinayət materialı hazırlanıb. Bunlar çərçivəsində 75 nəfər məsuliyyətə cəlb edilib.
Alpər Mövludoğlu
Ordu.az