Nazir müavini Türkiyənin müdafiə sənayesi başqanı ilə görüşdü - FOTO

2019/05/turki-3113378484.jpg
Oxunub: 29093     09:45     01 May 2019    
Aprelin 30-da İstanbulda keçirilən “IDEF-2019” sərgisi çərçivəsində müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin müdafiə sənayesi başqanı İsmayıl Dəmirlə görüşdü.

Müdafiə Səayesi NazirliyindənOrdu.az- verilən məlumata görə, aprelin 30-da İstanbulda keçirilən “IDEF-2019” sərgisi çərçivəsində Müdafiə Sənayesi nazirinin müavini Yəhya Musayev Türkiyənin müdafiə sənayesi başqanı İsmayıl Dəmirlə görüşdü.

Nazir müavini Türkiyədə XIV dəfə təşkil olunan beynəlxalq müdafiə sənayesi sərgisinin yüksək səviyyədə təşkil edildiyini xüsusi vurğuladı və sahə üzrə iki qardaş ölkə arasındakı əməkdaşlığı yüksək qiymətləndirdiyi bildirdi.

Səmimi keçən görüşdə iki qardaş ölkə arasında müdafiə sənayesi üzrə mövcud əməkdaşlığın inkişaf perspektivləri müzakirə olundu.

Sərgi çərçivəsində nazir müavini “IDEF-2019” sərgisində öz məhsullarını nümayiş etdirən Türkiyənin “ASELSAN” şirkətinin stendində oldu və şirkətin nümayəndələri ilə görüşdü.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   MSN   İDEF-2019  


Bizi "telegram"da izləyin