Türkiyənin MN Bakıda keçiriləcək birgə təlimlərlə bağlı məlumat YAYDI

2019/04/5c8d0-1556632931.jpg
Oxunub: 28542     18:00     30 Aprel 2019    
Türkiyənin Milli Müdafiə Nazirliyi mayın 1-dən 3-dək Azərbaycanda keçiriləcək döyüş atışlı birgə təlimlərlə bağlı məlumat yayıb.

Ordu.az xəbər verir ki, təlimdə Türkiyənin mexanikləşdirilmiş piyada bölüyü iştirak edəcək.

“Birgə təlimlərin məqsədi Türkiyə ilə Azərbaycanın Quru Qoşunları arasında dostluq, əməkdaşlıq və koordinasiyanı inkişaf etdirmək, qarşılıqlı təcrübə mübadiləsi aparmaq, birgə fəaliyyəti genişləndirməkdir”, deyə Milli Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edək ki, iki ölkə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 3-dək Bakıda “Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin