Azərbaycanla Cibuti arasında hərbi əməkdaşlıq müzakirə olunub

2019/04/edf63-1556631691.jpg
Oxunub: 3239     17:12     30 Aprel 2019    
Azərbaycan ilə Cibuti arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, aprelin 30-da İstanbulda keçirilən “İDEF-2019” beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Cibuti Respublikasının Müdafiə naziri Əli Hassan Bahdon ilə görüşüb.

Tərəflər hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin