Müqaviləli erməni hərbi qulluqçu ağır yaralandı - İrəvana təxliyyə edilir (YENİLƏNİB)

2019/04/b7wz1-1556625571.jpg
Oxunub: 6121     16:00     30 Aprel 2019    
Bu gün Ermənistanın Tavuş vilayətində erməni hərbi qulluqçu ağır yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Hovhannisyan öz "Facebook" səhifəsində yazıb.

"Tavuşda yaralanan müqaviləli hərbi qulluqçunun vəziyyəti ağır sabitdir. O, baş nahiyəsindən yaralanıb və tezliklə heikopterlə İrəvana təxliyyə ediləcək", - deyə Hovhannisyan qeyd edib.

Məlumata görə, yaralanan erməni hərbi qulluqçu 1987-ci il təvəllüdlü Argişti Samvel Sepxanyandır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Yaralı  


Bizi "telegram"da izləyin