Əsgərlərdən məktəblilərə məktub var

2019/04/15566-1556622221.jpg
Oxunub: 30490     17:45     30 Aprel 2019    
"Vətən uğrunda" səyyar təşviqat dəstəsi “Əsgərə məktub” layihəsi çərçivəsində Azərbaycan Ordusunun əsgərlərinin Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbin şagirdlərinə ünvanladığı cavab məktublarını çatdırıb.

Layihənin məqsədi Azərbaycan əsgərinin döyüş ruhunu daha da artırmaq, xalq ilə ordu birliyini, ictimaiyyətlə ordu arasında əlaqələri möhkəmləndirmək, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gecə-gündüz keşik çəkən, Vətənimizi düşməndən qoruyan hərbçilərə mənəvi dəstək olmaqdır.

Bu münasibətlə keçirilən tədbirdə “Vətən uğrunda” səyyar təşviqat dəstəsinin fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.

Bu layihəyə qoşulan müəllim və tələbələr onların məktublarına əsgərlər tərəfindən yazılan cavabları oxuyublar.

Azərbaycan əsgərinin vətənpərvərlik hissinin güclü olmasından, döyüş ruhunun sarsılmazlığından xəbər verən hər bir məktub layihə iştirakçılarının böyük marağına səbəb olub. (AzərTac)

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Əsgərə-məktub  


Bizi "telegram"da izləyin