İndiyədək 6 min 338 vərəsəyə birdəfəlik ödəmə verilib

2019/04/15390-1556618710.jpg
Oxunub: 29594     14:04     30 Aprel 2019    
Şəhid vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi prosesi davam etdirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Ordu.az-a verilən məlumata görə, nazirlik bu günədək 6 min 338 şəhidin vərəsələrinə birdəfəlik ödəmənin (11 min manat) verilməsini təmin edib.

Qeyd olunub ki, ilin sonuna kimi 12 min 268 şəhidin vərəsələrinə birdəfəlik ödəmənin verilməsi prosesi başa çatdırılacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin