Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts Ermənistan ordusuna aid narahatlıq doğuran məsələlərlə bağlı öz fikirlərini bölüşərkən deyib.
O qeyd edib ki, intihar və qətl hallarına nəzər yetirərkən, onlar 2017-ci ildə baş verən hadisələrlə müqayisədə azalmayıb.
“Meğridəki hərbi hissədə baş verən hadisə faktlarla sübut olunur. Belə bir münasibətin başqa hərbi hissələrdə də hökm sürmədiyinə dair zəmanət yoxdur. General balasının bu hərbi hissədə necə peyda olduğu kimi hallar ətraflı araşdırma aparılmasını tələb edir. Xidmət yerinin püşkatma yolu ilə təyin edildiyini sübut etməyə çalışırlar”, - deyə erməni hüquq müdafiəçisi ifadə edib.
Sakunts qeyd edir ki, Ermənistan MN xidməti araşdırma təyin etməli və bu nəticələri ictimailəşdirməlidir: “Əsgərlərə qarşı sərhəd bölgələrinə köçürülməklə, məsuliyyət tədbirləri tətbiq edilib. Buna görə hüquqi əsaslar göstərilməlidir”.
Erməni hüquq müdafiəçisi qeyd edir ki, hərbi hissədə baş verən hadisə əsgərlər üzərində komandirlərə nisbətən, general balasının daha çox təsiri olduğunu göstərir.
“Bu insan haqlarına dair olan məsələdir və xidməti məxfiçilik kimi dəyərləndirilməməlidir”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az