Ermənistan MTX Paşinyanın "killeri"nə çevrilib - O, nəyə xidmət edir?

2019/04/12395-1556541492.jpg
Oxunub: 26009     17:32     29 Aprel 2019    
Ermənistan Ədliyyə naziri Artak Zeynalyan, Armavir cəzaçəkmə müəssisəsində MTX-nın həyata keçirdiyi operativ əməliyyatlara, bunun nəticəsində aşkar edilən bir sıra qanun pozuntularına və sui-istifadə hallarına dair yayılan bəyanatlara, həmçinin bir neçə açıqlamalara toxunarkən diqqətçəkən bir şərh edib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, o, Ermənistan MTX-nin operativ çəkiliş həyata keçirməyə icazəsi olmaması ilə bağlı sual qaldırıb.

Olub-olmadığı əlbəttə aydınlaşdırılacaq, lakin tabeliyindəki qurumda aparılan yoxlama ilə bağlı erməni nazirin şərh verməsi artıq diqqətçəkən bir məqamdır. Bu kifayət qədər özfəaliyyət olduğuna hiss edilən işarə olmaqla, MTX-nin yalnız Paşinyanı maraqlarını müdafiə etdiyini göstərməkdən başqa bir şey deyil.

Bu məqam MTX-nin digər dövlət qurumu rəhbərinə, yəni Ermənistan Dövlət Nəzarət Xidməti rəisinə qarşı məlum ittihamla bağlı daha da diqqət çəkir. Dövlət Nəzarət Xidmətinin rəisi və ona yaxın olanlar bu cinayət işinin qurma olduğunu iddia etsələr də, MTX əks mövqe nümayiş etdirir. Bu məsələ ilə bağlı bir sıra ictimai dairələrdən kəskin reaksiyalar oldu, bundan sonra “duxov” Paşinyan müdaxilə etməklə, açıqlama verməyə məcbur qaldı. Paşinyan qeyd edib ki, istintaq aparılmasına imkan vermək lazımdır.

Belə olan halda Ermənistan Ədliyyə nazirinin bu açıqlaması sual yaradır: Doğrudanmı hakimiyyət daxilində MTX rəisinə qarşı narazılıq formalaşır? Əgər belədirsə, bu nə ilə əlaqədardır. Bu narazılıq MTX-nin müəyyən maraqlara xidmət etməsindən, yoxsa hakimiyyət daxilində digər maraqlara xidmət edən dairələrin olmasından irəli gəlir? Belə olan halda MTX öz fəaliyyəti ilə nəinki buna imkan verir, hətta Paşinyan hakimiyyəti daxilinə, idaretmə sisteminə nüfuz etmiş digər maraqlara xidmət edənlərin ifşa edilməsi ilə təhdid edir.

Bütün bunlar Nikol Paşinyanın dövlət sisteminin kadr bazasının 90% ilə bağlı bəyanatı fonunda maraq kəsb edir. Paşinyan bəyan etmişdi ki, kadr bazasının 90%-ni keçmiş hakimiyyətdən qalanlar təşkil edir və bu sabotaj və ya digər narazılıqların yaranmasına təhdiddir.

Bu 90 % kadr heyətinin niyə qaldığı sual yaradır. Bu o deməkdir ki, kadr qırğını törətmək lazımdır?! Bunun nə dərəcədə məqsədəuyğun olduğu, hansı reaksiyaları verəcəyi naməlumdur.

Həmçinin qısa vaxtda belə geniş kadr islahatları külli miqdarda vəsait tələb edir. Belə olan halda keçmiş Sarkisyan hakimiyyətinin kadrlarının iqtidara nüfuz etməsini istisna etmək mümkün deyil. Gürcüstandan fərqli olaraq, Ermənistanın inqilabla baş tutan hakimiyyət dəyişikliyindən sonra böyük həcmli donorlarının olmadığı aydındır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin