SIPRI: Rusiya hərbi xərclərinə görə ilk beşlikdən kənarda qalıb

2019/04/12200-1556539507.jpg
Oxunub: 16804     19:03     29 Aprel 2019    
Bu gün Stokholm Beynəlxalq Sülh Tədqiqatı İnstitutu 2018-ci ildə hərbi xərclərə dair öz illik hesabatını ictimaiyyətə təqdim edib.

Ordu.az xəbər verir ki, bu hesabatın ən maraqlı tərəflərindən biri 2006-cı ildən etibarən Rusiyanın ilk dəfə “böyük beşliyi” tərk etməsi olub.

Belə ki, Rusiyanın 61,4 milyard dollarlıq hərbi xərcləri 2018-ci il üçün bütövlükdə Şərqi Avropanın hərbi xərcləmələrinin 88%-ni təşkil etsə də, bu onu dünyanın ilk beşliyində saxlamaq üçün kifayət etməyib. Bildirilir ki, onun 2010-cu ildə başladılan nəhəng hərbi modernizasiya proqramı 2015-ci ilə qədər hərbi büdcədə illik çox böyük artımlara səbəb olsa da, 2016-cı ildən etibarən bu tendensiya əks istiqamətdə çevrilməyə başlayıb.

Hətta 20146-cı ildə Rusiyanın hərbi büdcəsi 7,2% artmışdı, lakin bunda əsas pay sahibi dövlət büdcəsindən Rusiyanın silah istehsalçılarına ödənilən 11,8 milyard dollarlıq borc idi. SIPRI-nin hesablarına görə, bu ödəniş olmasaydı, həmin il ölkənin hərbi büdcəsi 11,% enəcəkdi. Ötən il isə hərbi xərclər 3,5% azalsa da, hələ də 2009-cu ildəkindən 27% yüksəkdir.

Bu mənada artıq dünyanın ilk beşliyini təşkil edən ölkələr ABŞ, Çin, Səudiyyə Ərəbistanı, Hindistan və Fransadır. Onlar birlikdə bütün qlobal hərbi xərclərin 60%-ni öz əllərində cəmləyirlər.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Hərbi-xərclər  


Bizi "telegram"da izləyin