HDQ-də unudulmaz generallarımızın xatirəsi yad edilib

2019/04/0ad71-3113045616.jpg
Oxunub: 11871     11:30     29 Aprel 2019    
Hərbi Dəniz Qüvvələrində 1918-1920-ci illərdə Azərbaycan Ordusunun ilk nizami hissələrinin yaranmasında əvəzsiz xidmətləri olmuş generallarımızın xatirəsinə həsr olunmuş tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ordu.az-a verilən məlumata görə, Ümummilli lider Heydər Əliyev və torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra Dövlət Himni ifa olunub.

Tədbirdə çıxış edənlər unudulmaz sərkərdələrimiz Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Məmmədbəy Sulkeviçin keçdiyi döyüş yolundan və Azərbaycan Ordusunun ilk nizami hissələrinin yaradılmasında göstərdikləri fədakarlıqdan danışıblar.


Sonra tədbir iştirakçılarına generallarımızın xidmətlərindən bəhs edən sənədli film nümayiş olunub.

Tədbir Həzi Aslanov adına Azərbaycan Ordusunun İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin vətənpərvərlik mövzusunda təqdim etdiyi konsert proqramı ilə başa çatıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MN   HDQ  


Bizi "telegram"da izləyin