"Serjikin əsgərləri qaçmağa başlayır" - Barseğyan

2019/04/maxre-1556518676.jpg
Oxunub: 28210     10:16     29 Aprel 2019    
"Serjikin əsgərləri qaçmağa başlayır ki, burada da qəribə heç bir şey yoxdur".

Ordu.az xəbər verir ki, bu barədə Gümrü jurnalistlərinin "Asparez" klubu şurasının sədri Levon Barseğyan məhkəmə aktlarının məcburi icra komitəsinin sabiq rəisi, general Mihran Poğosyanın Rusiyadan siyasi sığınacaq istəməsi barədə suala cavab verərkən bildirib.

O qeyd edib ki, əgər Ermənistan demokratik ölkə olsaydı, ədalətli seçki yolu ilə formalaşan hakimiyyətə, belə bir hakimiyyət tərəfindən Məhkəmə aktlarının məcburi icra komitəsinin rəisi təyin edilməsinə sahib olsaydı, belə bir vəziyyətdə bu addımı atmaq axmaqlıq olardı.

"Lakin Ermənistanda dövlət, seçkilər ələ keçirilmiş cinayətkar hakimiyyət olduğuna görə, indi sabiq iqtidar nümayəndələrinin qaçmağa çalışması çox təbiidir. Bunun təbii proses olduğunu qəbul etmək lazımdır. Serjikin əsgərləri qaçmağa başlayır ki, burada da qəribə heç bir şey yoxdur”.

Barseğyan qeyd edib ki, Mihran Poğosyanın siyasi təqiblərə məruz qalması barədə bəyan etməsi məntiqdən kənardır: "Bəlkə də əllərini köpüklərə atma vəziyyətindədir".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Poğosyan   Cinayət  


Bizi "telegram"da izləyin