Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Sankt-Peterburqda azərbaycanlı və erməni jurnalistlər qrupu ilə görüşündə bildirib.
Şvıdkoyun fikrincə, siyasi xadimlər istənilən qərarı qəbul edə bilər, lakin vacib olan bu qərarların vətəndaşlar tərəfindən qəbul edilməsidir.
"Keçən 30 il ərzində çox ağrı-acının, ziddiyyətlərin üst-üstə gəldiyini başa düşürük və razılığa gəlməyin asan olmayacağını dərk edirik", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Rusiya tərəfi hər iki ölkənin parlamentləri, ictimai təşkilatlarının nümayəndələri arasında əlaqələrin yaradılması üçün vasitəçi olmağa razıdır.
O, bu prosesə başlamağın mümkün olmasına dair bəzi əlamətlərin olduğunu da vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az