Nur-Sultanda MDB ölkələri hərbi təhsil assosiasiyalarının iclası keçirilib

2019/04/97275-1556266689.jpg
Oxunub: 13535     12:17     26 Aprel 2019    
Nur-Sultan şəhərində MDB ölkələri ali hərbi təhsil assosiasiyalarının iclası keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Respublikasının paytaxtı Nur Sultan şəhərində keçirilən iclasda Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Ermənistanın hərbi təhsil müəssisələrindən 18 nəfər nümayəndənin iştirak etdiyi bildirilir.

İştirakçılar assosiasiyanın təşkilati və fəaliyyəti məsələlərini, əsas fəaliyyət istiqamətlərini, təcrübə mübadiləsi və kadr hazırlığına qabaqcıl texnologiyalarının tətbiq edilməsini müzakirə ediblər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MDB   Hərbi-təhsil  


Bizi "telegram"da izləyin