Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aprelin 23-də Ermənistan Silahlı Qüvvələrinin desant hücum bölmələrinin zabit heyəti yenidən hazırlığın təşkili ilə tanışlıq məqsədilə Rusiya Fedrasiyasının Ryazan hava desant ali komandirlik məktəbinə yola düşüblər.
Bundan başqa erməni hərbçilər 24-27 aprel tarixlərində Moskvada KTMT çərçivəsində keçirilən birləşmiş qərargahın bazasında KTMT-yə üzv ölkələrin silahlı qüvvələrinin baş qərargahlarının əməliyyat idarələrinin rəislərinin işgüzar görüşündə iştirak edirlər.
Alpər Mövludoğlu
Ordu.az