Şarmazanovdan Paşinyana atmaca: “Tənqid edən idin, Boltonu edərdin, ağzına su alıb durmuşdun”

2019/04/41915-1556196015.jpg
Oxunub: 1147     16:37     25 Aprel 2019    
“Belə tənqid edən idin, Boltonu tənqid edərdin, yoxsa ağzına su alıb durmazdın”.

Ordu.az xəbər verir ki, bu sözləri Ermənistanın sabiq iqtidar partiyasının mətbuat katibi Eduard Şarmazanov hazırkı Baş nazir Paşinyana müraciət edərək öz “Facebook” səhifəsində yazıb.

O, Paşinyanın «“Nezavisimaya qazeta” nəşrinə verdiyi müsahibəsində problemli və absurd cavablarına diqqət çəkib.

“Belə bir təsəvvür yaranmışdı ki, dövlət lideri ilə yox, fərdi məqsədli “duxov” papağı altında qalmış insanla aparılan müsahibə ilə qarşı-qarşıya qalmışıq.

• Ermənistan –ABŞ münasibətləri

Paşinyan deyir ki, Ermənistanın heç bir hakimiyyəti onun kimi ABŞ-ı tənqid etməyib. Əvvəla “supermen” təsviri altında qalan Nikola xatırladım ki, Baş nazirin əsas fəaliyyəti fərdi məqsədli tənqid etmək yox, özü də Amerika Birləşmiş Ştatları, əslində onun vəzifəsi iki ölkə xalqlarının maraqları naminə dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarət olmalıdır.

İkincisi , qardaşım, elə qəti qərarlı tənqid edən idin, bizə milli ideyalardan imtina edilməsini məsləhət görən Boltonu tənqid edərdin. Xalq arasında deyilən kimi, niyə ağzına su alıb dururdun?

• Ermənistan – Rusiya münasibətləri

Köçəryana qarşı qurma cinayət işinə toxunaraq qeyd edir ki, Rusiyada demokratik dəyərlərə sahib olmayan xadimləri tez-tez özlərinə dost hesab ediblər. Burda deyiblər ki, “öz gözündə tiri görməyib, qarşındakının gözündəki çöpü ortaya qoyma”. Ömrü boyu qarşısındakını ləkələməkdən və palçıq atmaqdan başqa bir iş görməyən insanın Qarabağ döyüşçülərinə və rus-erməni tərəfdaşlıq münasibətlərinin memarlarından birinə söz deməyə haqqı yoxdur.

• Deyir qanun qarşısında hamı bərabər olmalıdır. Burda deyiblər “bilmirəm ağlayım yoxsa, gülüm”. Bu necə olur ki, səninlə bərabər addımlayanı imza qarşılığında buraxırlar, sabiq prezidenti, bir Qarabağ döyüşçüsünü həbs edirlər? Necə olur?

• Paşinyan qeyd edir ki, Ermənistanda öz xalqına atəş açan hakimiyyət ola bilməz.
Hanı faktlar, hanı 10 nəfər həlak olanın günahkarları? Növbəti dəfə Paşinyan, həqiqət əvəzinə öz fikrini artıq bu dəfə rus mətbuatına soxuşdurmaq istəyir.

Mən də dəyərəm, günahsızlıq versiyasını pozan, insanları aldatmış, nifrət aşılamış, xarici agentlər barədə bilən, lakin zərərsizləşdirilməsi üçün heç bir tədbir görməyən şəxsin Baş nazir olmağa haqqı yoxdur. Parlamentin tribunasından transgenderliyin təbliğatı aparılarkən necə susub.

Demokratiya kəlməsini çox sevir Paşinyan, ona deyin ki, bir il sonra onun sevdiyi demokratiyasından yalnız kiçik “j” hərfi qalacaq. (Joğorvrdakanutyun –demokratiya)”, - deyə o yazıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Şarmazanov   Paşinyan  

Şarmazanovdan Paşinyana atmaca: “Tənqid edən idin, Boltonu edərdin, ağzına su alıb durmuşdun”

2019/04/41915-1556196015.jpg
Oxunub: 1148     16:37     25 Aprel 2019    