Ordu.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov görüşdə çıxış edərək, “Şahin” hərbi idman oyunlarının böyüməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını artırmaq, onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərmək məqsədi daşıdığını bildirib.
Sonra komandanın “Şahin” hərbi idman oyununun respublika final mərhələsinə hazırlıq prosesi ilə tanışlıq olub, heyətə uğurlar arzulanıb.
Komanda üzvləri diplomlarla təltif ediliblər.
Ordu.az