Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Dövlət Nəzarət Xidmətinin rəisi (vəzifə səlahiyyətləri müvəqqəti olaraq dondurulub) Davit Sanasaryan öz "Facebook" səhifəsində yazıb.
O bildirib ki, ciddi zabit mədəniyyəti olan ölkələrdə şərəfi olan general, hətta işgəncələrə də məruz qalsa belə digər ölkədən sığınacaq xahiş etmir.
"Paqonlar institutunun divarı sarsılmaz qalsın deyə öz ölkəsinə təslim olur. Şərəf məsələsi olsa da, bu onlara yad anlayışdır", - deyə o qeyd edib.
Qeyd edək ki, ötən gün Ermənistan parlamentinin sabiq deputatı, məhkəmə qərarlarının məcburi icrası komitəsinin sabiq rəisi, general Mihran Poğosyan Rusiyadan siyasi sığınacaq istəyib.
Alpər Mövludoğlu
Ordu.az