BMT: Əfqanıstanda son 10 ildə ölən dinc sakinlərin sayı açıqlandı

2019/04/5435_-1556179205.jpg
Oxunub: 32459     11:58     25 Aprel 2019    
"Əfqanıstanda son 10 ildə 75 min 316 mülki vətəndaş həyatını itirib".

Ordu.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) yaydığı hesabatda məlumat yer alıb.

Hesabata görə, Əfqanıstanda son 10 ildə 75 min 316 mülki vətəndaş həyatını itirib. Bu ilin ilk 3 ayında ölənlərin sayı 581 olaraq qeyd edilib. Həmin dövrdə ABŞ və Əfqanıstan əsgərlərinin hücumlarında ölənlərin sayı isə 305-dir.

Bu da ABŞ və Əfqanıstan qüvvələrinin hücumlarında ölən mülki vətəndaşların sayının "Taliban" hücumlarında ölənlərin sayını keçdiyini göstərir.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Əfqanıstan   Taliban  


Bizi "telegram"da izləyin