"Bu, dünyanı nüvə təhülkəsi ilə üz-üzə qoyub"

2019/04/yeare-1556169417.jpg
Oxunub: 4686     09:15     25 Aprel 2019    
"Silahlanmaya dair razılaşmalara əməl edilməməsi dünyanı nüvə təhülkəsi ilə üz-üzə qoyub".

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya parlamentinin Beynəlxalq Münasibətlər Komitəsinin sədri Devid Haulel bildirib.

Onun sözlərinə görə, NATO-ya üzv dövlətlər yaxın və orta mənzilli nüvə raketlərinin məhv edilməsinə dair müqaviləni yenidən bərpa etməlidir.

"Nüvə silahlarına malik dövlətlər arasında münasibətlər "soyuq müharibə" dövründən daha gərgindir. Gələn həftə nüvə silahlarının yayılmaması haqında müqaviləni müzakirəyə çıxaracağıq. Bu nüvə silahına malik dövlətlərin dialoq qurmasına kömək edəcək", - deyə Haulel qeyd edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Nüvə-silahları  


Bizi "telegram"da izləyin