“Past”: Ermənistan SQ BQ rəisinin maddi vəsaiti nə qədər artıb?

2019/04/41549-1556091390.jpg
Oxunub: 21107     12:50     24 Aprel 2019    
Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan ali vəzifəli şəxslərin etika komissiyasına 2018-ci il bəyannaməsini təqdim edib.

Ordu.az “Past Info”ya istinadən xəbər verir ki, Ali vəsifəli şəxslərin etika komissiyasının rəsmi səhifəsində yerləşdirilən məlumata görə, Davtyan daşınmaz və daşınan əmlak barədə məlumat verməyib.

Onun yalnız maddi vəsaitləri və gəlirləri barədə məlumat açıqladığı bildirilir. Bəyannamə tədim edən Davtyanın məlumatına əsasən, 2018-ci vergi ilinin əvvəlində maddi vəsaitləri 1950000 dram və 3000 ABŞ dolları təşkil edib.

2018-ci ilin sonunda isə bu məbləğ artaraq 4980000 dram və 3270 dollar səviyyəsinə çatıb. Davtyanın qeyd edilən vergi ilində gəlirləri 9581421 dram təşkil edib.

Qeyd edək ki, bu vəzifəyə təyin olunanadək Artak Davtyan 5-ci ordu korpusunun komandiri olub. Ermənistan SQ BQ rəisi bu vəzifəni ötən il mayın 24-dən tutur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Artak-Davtyan   Ermənistan  


Bizi "telegram"da izləyin