Ordu.az xəbər verir ki, konfransın açılış mərasimində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev iştirak edib.
O, Rusiya Prezidentinin forum iştirakçılarına məktubunu oxuyub.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin də iştirak etdiyi forumda qlobal və regional təhlükəsizlik məsələləri, sülhməramlı fəaliyyətlər, hərbi əməkdaşlığın genişləndirilməsi, eləcə də müasir dünyada mövcud olan hərbi təhdidlər və risklər müzakirə olunur.
Xatırladaq ki, tədbirdə Azərbaycan Respublikasını Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Ordu.az