Ordu.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, Türkiyə Rusiyadan tədarük edilən S-400 zenit-raket komplekslərini Azərbaycan və Qətərə vermək niyyətində deyil.
"Bu məsələ tərəfimizdən heç vaxt müzakirə olunmayıb. Bu məlumat KİV-lər tərəfindən hər zaman müzakirə olunur. Əslində məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Biz Rusiya ilə saziş imzalamışıq və hazırda çatdırılma müddətlərini müzakirə edirik", - deyə Çavuşoğlu bildirib.
Ağalar Ağalarlı
Ordu.az