Nikolun sirk və səhnələrinin əksikliyi yoxdur - Budur, sizin yeni Ermənistan

2019/04/l-CSd-3112032302.jpg
Oxunub: 18117     15:06     23 Aprel 2019    
“Bir il əvvəl Ermənistanda ilk növbədə şantaj və təhdid dalğası ilə hakimiyyətin ələ keçirilməsinin birinci mərhələsi baş verdi”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Respublikaçılar partiyasının mətbuat katibi Eduard Şarmazanov “Facebook” səhifəsində yazıb.


O qeyd edib: “Yalan vədlər, fırıldaqçılıq və şantaj yolu ilə, qanuni seçilmiş Baş nazirin istefasına nail olmaq mümkün oldu. Fransız cəmiyyəti Yakobinçinlərin hakimiyyətə gəlməsi, yaxud Almaniyada nasist – Hitler hakimiyyətinin qurulması zamanı olduğu kimi cəmiyyət eyforiya altında dalğalanırdı. Qısa müddətdən sonra həm Fransa, həm də Almaniyadakı alqışlayanlar, kritik tənqidlərə məruz qaldılar.

Ermənistan bu inqilabdan qazanmış, yoxsa itirmiş oldu? Bir il əvvəl və bu gün mən əminliklə deyirəm - Ermənistan itirmiş oldu. Problem, əlbəttə ki, mənim Respublikaçılar partiyasından olmağım deyil.

• Nikolun hakimiyyəti cəmiyyəti ağlara və qaralara ayırdı
• Ermənistan KTMT Baş katibliyindən məhrum edildi
• Qarabağ qəhrəmanları ləkələndi
• Mənim fikrimcə, Qarabağın (qondarma qurum-red.) ilk və Ermənistanın ikinci prezidentini qanunsuz olaraq həbs etdi
• Qarabağ məsələsində, Sankt-Peterburq və Vyana gündəmindən imtina etdi və bunun əvəzinə ortaya anlaşılmaz Düşənbə lifti razılaşmasını gətirdi
• Siyasi rəqibləri MTX ilə təhdid etdi və sağa-sola asfalta sərməyə çağırışlar etdi
• Qanunvericiliyin müstəqilliyi prinsipini pozaraq, palamenti qanunsuz olaraq payladı
• Bir çox yalan vədlərlə insanları aldatdı
• İqtisadiyyatda inqilab elan etdi, amma əslində iqtisadiyyatı daha da geri saldı
• İnvestisiyalar dramatik şəkildə azaldı
• Geniş yayılmış optimallaşdırma və ixtisarlar baş verdi
• Fabriklər, zavodlar bağlandı
• Geniş yayılmış inflyasiya baş verdi
• Nikolun hakimiyyəti korrupsiyadan kənar deyil
• Nikolun sehrli çubuğunun olmadığı ortaya çıxdı


Nəhayət, homoseksualizm təbliğ olunduqda və parlamentin yüksək tribunası transgender təbliğatına çevrildikdə səssiz qaldı. Məhz Paşinyan, xarici agentlərin mövcudluğu barədə elan edərək heç bir addım atmadı, hökumətinin siyasi qabiliyyətsizliyinə işarə etdi.

P.S Ermənistanda Nikolun sirk və səhnələrinin əksikliyi yoxdur. Mükafatlardan uşaqlar (kişilər) sahib çıxıb zövq aldılar, indi sıra nənə və babaların hesabına 124 milyonluq əyləncələrindir. Budur, sizin yeni Ermənistan”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin