“İrates”: Paşinyanla MTX rəisi arasında münasibətlər yaxşı deyil

2019/04/e6c54-1556015712.jpg
Oxunub: 10596     14:43     23 Aprel 2019    
“Baş nazir onun qarşısında şərt qoyub, əgər yerinə yetirməzsə, Vanetsyan vəzifəsini itirəcək”.

Ordu.az “İrates”ə istinadən xəbər verir ki, Ermənistan Dövlət Nəzarət Xidməti rəisi Davit Sanasaryan ətrafında yaranan vəziyyət Paşinyan iqtidarı daxilində hər şeyi bir-birinə qatıb, mövcud problemlərə yeniləri də əlavə olunub.

Bildirilir ki, hamı bir-birindən ehtiyat etməyə və şübhələnməyə başlayıb və bu vəziyyət ən yüksək səviyyədə də mövcuddur. Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan və Baş nazir Nikol Paşinyanın münasibətlərində də hər şey qaydasında deyil.

Əldə edilən məlumatlara əsasən, Paşinyan Davit Sanasaryanın işini Vanetsyan üçün sınaq müddəti hesab edir. Əgər MTX rəisi əsaslı şəkildə Sanasaryanın günahını sübuta yetirə bilsə, Artur Vanetsyan vəzifəsini davam etdirəcək, əgər o, bunu bacarmazsa vəzifəsi ilə vidalaşacaq.

Yeri gəlmişkən, Paşinyanın bu istəyi yenilik olmasa da, hələlik kəskin addımlara əl atmaqdan çəkinir və münasib məqam gözləyir. Bütün bunların baş verməsində Ermənistan prezidenti Armen Sarkisyanın da maraqlı rolu var. Paşinyanın sərəncamı ilə işdən azad edilən və prezident administrasiyasında dərhal işə qəbul edilən Vanetsyanın anası ilə bağlı məqamı Paşinyan çətinliklə həzm edib. Paşinyan iqtidarda ona qarşı güclü qüvvələr formalaşmağa başladığını və mümkün qədər bunun qarşısını tez almaq lazım gəldiyini başa düşür. İndi əsəblərin mübarizəsi gedir. Kimin nə dərəcədə tab gətirəcəyi Davit Sanasaryanın işinin nəticəsindən asılı olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   MTX  


Bizi "telegram"da izləyin