Naxçıvanda ordu quruculuğu istiqamətində tədbirlər davam etdirilir - Görülən işlər

2019/04/photo-1556006366.jpg
Oxunub: 10254     11:50     23 Aprel 2019    
2019-cu ilin yanvar-mart aylarında Naxçıvan şəhərində qərargah binasının tikintisi başa çatdırılıb, hərbi zavodun və mərkəzi hərbi xəstəxananın tikintisi davam etdirilir.

Dövlət Statistika Komitəsindən Ordu.az-a verilən məlumata görə, Babək rayonunda iki əsgəri-məişət kompleksi istifadəyə verilib, qərargah binasının, start komanda, yanacaqdoldurma, texniki qulluq, texnikaların yuyulması, texniki nəzarət, təmir və texniki xidmət məntəqələrinin, avtomobil dayanacağının tikintisi davam etdirilir.

Culfa rayonunda Əlahiddə Ümumqoşun Ordunun yeni Səhra Təlim Mərkəzi istifadəyə verilib, Babək və Şahbuz rayonlarının hər birində üç anqarın tikintisi davam etdirilir.

Kəngərli rayonunda da “N” hərbi hissədə yaşayış binasının tikintisi davam etdirilir.

Şərur rayonunda Daxili Qoşunların “N” hərbi hissəsində infrastruktur obyektlərinin və 3 saylı Sərhəd dəstəsi binasının tikintisi davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Naxçıvan   Ordu-quruculuğu  


Bizi "telegram"da izləyin