Ermənistan MN təkzib edir: Əsgərlərimizin cinsi zorakılığa məruz qalmasına inanmırıq

2019/04/45645-1556006167.jpg
Oxunub: 29060     12:32     23 Aprel 2019    
Ermənistanda əsgər cinsi zorakılığa məruz qaldığını iddia etsə də, Müdafiə Nazirliyi bu cür hadisənin baş verməsinə inanmır.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, məsələ ilə bağlı artıq ikinci cinayət işi açılıb.

Bildirilir ki, həm cinsi təcavüzə məruz qalan əsgər, həm də hadisəni törətməkdə şübhəli bilinən zabit hərbi xidmətlərini davam etdirirlər. Məqalədə, həmçinin qeyd edilir ki, Ermənistan hərbi qulluqçuların sağlamlığı, yaşamaq hüququnun təmin edilməsi, onları döyülməkdən, təcavüzdən, alçaldılmaqdan kənar saxlamağa dair öz sadə öhdəliyini yerinə yetirməyib. Ermənistan Müdafiə Nazirliyi isə bütün bunları nəticəsiz qoyaraq, laqeyd münasibət bəsləyib.

Tert.am saytına verdiyi müsahibəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Hovhannisyan qeyd edib ki, cinayət işinin yekunlaşmasını gözləmək lazımdır. O, həkim və hakimlərə inandığını, cinsi təcavüz faktının varlığının, zabitin günahının olub-olmadığının müəyyən edilməsini, cinayət işinin yekunlaşmasını gözləmək lazım olduğunu, həqiqətin ortaya çıxacağına əmin olduğunu qeyd edib. Hovhannisyan belə bir hadisənin baş verdiyinə inanmadığını qeyd edib.

Hərbi qulluqçunun vəkili Hayarpi Sarkisyan qeyd edib ki, cinsi təcavüzün baş verdiyini sübut edən məhkəmə tibbi ekspertizasının rəyi var: “Əvvəlcə müraciət əsasında belə bir şeyin baş verdiyinə dair cinayət işi açılıb. Bundan sonra hərbi qulluqçu hərbi polisdə saxlanılıb, ifadəsini dəyişməyə məcbur edilərək, yalan ifadə verməsi, şər atdığı iddiası ilə cinayət işi məhkəməyə daxil olmuşdu. Qabırğa sınıqlarının olması, həmçinin xəsarətin hadisənin baş verdiyi həmin vaxt meydana gəlməsi ehtimal edildiyinə görə yeni cinayət işi açılıb. Bu hadisədə əsgər zərərəçəkəndir. Bu sahə iş ilkin araşdırma mərhələsindədir”.

Vəkil hadisənin baş verdiyini yalnız əsgər və onun anasının iddiası əsasında deyil, müxtəlif ekspertizaların nəticəsində təsdiq edildiyini vurğulayıb. Vəkil qərar verən orqan olmasa da, faktlarla danışdığını qeyd edib.

“Hazırda əsgərin psixoloji problemləri var. Problemi Baş nazir Nikol Paşinyana, Baş Prokurora, Müdafiə nazirinə təqdim etməklə, hüquqlarını qoruduğum şəxsin hərbi xidmətdən azad edilməsini təklif etmişəm”, - deyə vəkil sözlərinə yekun vurub.

Xatırladaq ki, ötən ilin yanvarın 15-də işğal altında olan Ağdərə yaşayış məntəqəsində dislokasiya olunan 49971 saylı, əhali arasında “İnternat” kimi tanınan, əsasən Ermənistandan olan çağırışçıların xidmət etdiyi hərbi hissədə hərbi xidmətə başlayan hərbi qulluqçu cinsi təcavüzə və döyülməyə məruz qaldığını iddia edir. Məsələ ilə bağlı cinayət işi açılsa da, hadisəni törətməkdə şübhəli bilinən zabit ona qarşı olan ittihamları qəbul etmir. Bu barədə “İnsan haqları naminə jurnalistlər” ictimai birliyinin saytında yayımlanan “Cinsi zorakılığa məruz qalan əsgərlər seçim etməlidir - Qulluğu davam etdirsinlər, ya yox?” adlı məqalədə məlumat verilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Zorlama  


Bizi "telegram"da izləyin