Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, bu barədə Fransanın Estoniyanın paytaxtı Tallindəki səfirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, bu yerləşdirmə NATO-nun Baltik dövlətləri və Polşadakı artırılmış mövcudluğuna Parisin göstərdiyi dəstəyi ifadə edir. Bildirilir ki, Fransa Quru Qoşunları və Xarici Legionundan olan 300 nəfərlik bölmə gələn həftə Estoniyanın Tapa qəsəbəsinə çatacaq. Bu qəsəbə Rusiyadan 140 kilometr kənarda yerləşir.
Yerləşdiriləcək qüvvələr avqustun sonuna qədər Estoniyada qalacaq. Paris Estoniyaya həm də beş “Leklerk” tankı və 20 ədəd piyada döyüş vasitəsi göndərəcək.
Ağalar Ağalarlı
Ordu.az